


Rusiyada qadağan olunmuş qida əlavələri satan 37 minə yaxın sayt bloklanıb
Bakı, 24 avqust, AZƏRTAC
Rusiyada qadağan olunmuş qida əlavələrinin satışı ilə məşğul olan təxminən 36 900 onlayn platforma bloklanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 24-də “Rospotrebnadzor”un mətbuat xidməti məlumat yayıb. Agentliyin hesabatında bildirilir ki, bloklanan resurslar arasında dövlət qeydiyyatından keçməmiş "Metaboost Fat Burner" və "Divriot kökü ekstraktı" kimi məhsul təklif edən internet səhifələri var. Həmçinin populyar olan "D3 vitamini, 60 kapsul" məhsulunun da qeydiyyatsız satıldığı müəyyən edilib.
“Rospotrebnadzor” qadağan olunmuş qida əlavələrinin onlayn satışı ilə bağlı araşdırmaları davam etdirəcəyini vurğulayıb. Eyni zamanda, vətəndaşlara bioloji aktiv əlavələri sağlamlıq risklərindən qorunmaq üçün yalnız rəsmi təchizatçılardan almaq tövsiyə olunur.
Rusiyada qadağan olunmuş qida əlavələri satan 37 minə yaxın sayt bloklanıb
Kral III Çarlz dünyanın ən uzun sahil yolunun açılışını edib
Media: Tramp sentyabrda İrlandiyaya səfər edəcək
Ukrayna və Finlandiya birgə dron istehsalına başlayır
Qvineyada torpaq sürüşməsi nəticəsində 30-dan çox insan həlak olub