


Media: Tramp sentyabrda İrlandiyaya səfər edəcək
Bakı, 24 avqust, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp sentyabr ayında İrlandiyaya rəsmi səfər etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Post” qəzeti məlumat yayıb. Səfər zamanı Amerika lideri özünə məxsus qolf meydançasında keçiriləcək İrlandiya Açıq Qolf Turnirinə qatılacaq. Nəşrin məlumatına görə, onun İrlandiyaya səfəri yarışın son iki gününə — 12 və 13 sentyabr tarixlərinə təyin olunub. Qeyd olunur ki, Tramp prezident qismində sonuncu dəfə bu qolf klubuna 2019-cu ildə baş çəkib.
Rusiyada qadağan olunmuş qida əlavələri satan 37 minə yaxın sayt bloklanıb
Kral III Çarlz dünyanın ən uzun sahil yolunun açılışını edib
Media: Tramp sentyabrda İrlandiyaya səfər edəcək
Ukrayna və Finlandiya birgə dron istehsalına başlayır
Qvineyada torpaq sürüşməsi nəticəsində 30-dan çox insan həlak olub