×
A
A
A
Sazlamalar

Qvineyada torpaq sürüşməsi nəticəsində 30-dan çox insan həlak olub

Bakı, 24 avqust, AZƏRTAC

Qvineyanın paytaxtı Konakri şəhərində baş verən güclü torpaq sürüşməsi nəticəsində 30-dan çox insan həlak olub. Gecə saatlarında yağan leysan yağışlar şəhər zibilxanasında irimiqyaslı uçquna səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Məlumata görə, yaralananlardan 6-nın vəziyyəti ağırdır, 16 nəfər isə yüngül xəsarətlər alıb. Hadisə yerində xilasetmə işləri fasiləsiz davam edir. Yerli sakin Sire Diallo jurnalistlərə açıqlamasında uçqun zamanı 5 övladını itirdiyini bildirib. Ölənlərin sayının artacağı istisna edilmir.

Dünya 2026-08-24 02:04:00