


Türkiyədə meşə yanğını ilə bağlı on iki şübhəli həbs edilib
Bakı, 24 avqust, AZƏRTAC
Türkiyədə meşə yanğınları törətməkdə şübhəli bilinən şəxslərə qarşı genişmiqyaslı əməliyyat və məhkəmə prosesi başlayıb.
AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, ədliyyə naziri Akın Gürlek 2026-cı il iyunun 1-dən bəri 25 əyalətdə baş verən 73 meşə yanğını ilə bağlı aparılan araşdırmaların rəsmi nəticələrini açıqlayıb. Sosial media hesabı vasitəsilə bəyanat yayan nazir meşələrin gələcək nəsillərə ortaq bir əmanət olduğunu vurğulayıb. Qeyd edib ki, prokurorluq tərəfindən aparılan istintaq çərçivəsində 46 şübhəli şəxs müəyyən edilib, 12 şübhəli məhkəmə qərarı ilə həbs olunub, 21 şübhəli barəsində məhkəmə nəzarəti tədbiri seçilib.
Nazir yanğınların səbəbindən asılı olmayaraq hər kəsə ciddi xəbərdarlıq edib: “Qəsdən, səhlənkarlıqla və ya ehtiyatsızlıqla meşə yanğınına səbəb olan hər kəs bilməlidir ki, Yaşıl Vətənimizi təhdid edən heç bir hərəkət cəzasız qalmayacaq”. Hazırda Respublika Prokurorluğu tərəfindən yanğınların törədilmə səbəblərinin araşdırılması davam etdirilir.
Rusiyada qadağan olunmuş qida əlavələri satan 37 minə yaxın sayt bloklanıb
Kral III Çarlz dünyanın ən uzun sahil yolunun açılışını edib
Media: Tramp sentyabrda İrlandiyaya səfər edəcək
Ukrayna və Finlandiya birgə dron istehsalına başlayır
Qvineyada torpaq sürüşməsi nəticəsində 30-dan çox insan həlak olub