


İran Hörmüz boğazından keçid qaydalarını sərtləşdirir
Bakı, 24 avqust, AZƏRTAC
İran Hörmüz boğazından keçərkən müəyyən edilmiş daxili qaydaları pozan gəmilərə qarşı məhdudiyyətlər və cərimələr tətbiq etmək, həmçinin onları müsadirə etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Hörmüz Boğazında Gəmiçiliyə Nəzarət İdarəsinin yaydığı bəyanatda bildirilir. Sənəddə qeyd olunur: “Hörmüz boğazından keçid zamanı İdarənin qaydalarını pozan gəmilər cərimə, həbs, yaxud gələcəkdə boğazdan istifadə hüququnun məhdudlaşdırılması və gəminin müsadirə edilməsi kimi sanksiyalarla üzləşəcəklər”.
Qurum Körfəz hövzəsində dəniz xidmətləri göstərən gəmi sahiblərinə çağırış edərək, potensial problemlərdən yayınmaq üçün “qayda pozanların qara siyahısı” ilə tanış olmağı tövsiyə edib.
Xəbərdarlıqda vurğulanır ki, həmin siyahıda yer alan gəmilərlə əməkdaşlıq edən digər su nəqliyyatı vasitələri də dərhal məhdudiyyətlər siyahısına salınacaq. Adlarının bu siyahıdan çıxarılmasını istəyən gəmi sahibləri isə müvafiq idarəetmə orqanlarına rəsmi müraciət ünvanlamalı və qayda pozuntusunun səbəblərini əsaslandıran xüsusi sorğu təqdim etməlidirlər.
Rusiyada qadağan olunmuş qida əlavələri satan 37 minə yaxın sayt bloklanıb
Kral III Çarlz dünyanın ən uzun sahil yolunun açılışını edib
Media: Tramp sentyabrda İrlandiyaya səfər edəcək
Ukrayna və Finlandiya birgə dron istehsalına başlayır
Qvineyada torpaq sürüşməsi nəticəsində 30-dan çox insan həlak olub