×
A
A
A
Sazlamalar

Qazaxıstanda Qurultay seçkiləri: “Ədalət” partiyası 71,8 faiz səs toplayıb

Astana, 23 avqust, AZƏRTAC

Qazaxıstanda Qurultay seçkiləri üzrə “exit poll”un nəticələri açıqlanıb.
AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, “Xabar” agentliyinin sifarişi ilə Avrasiya İnteqrasiyası İnstitutunun keçirdiyi sorğunun nəticələrinə əsasən, “Ədalət” partiyası 71,8 faiz, “Auıl” partiyası 6,4 faiz, “Respublika” 5,4 faiz, Ümummilli Sosial-Demokrat Partiyası 5,2 faiz, Qazaxıstan Demokratik Partiyası “Aq Jol” isə 5,1 faiz səs toplayıb.
Qazaxıstan Xalq Partiyası 3 faiz, Qazaxıstan Yaşıllar Partiyası “Baytak” 1 faiz səs qazanıb. Sorğu iştirakçılarının 1 faizi isə hamısının əleyhinə səs verib.
Qurultayda təmsil olunmaq üçün siyasi partiyalar ən azı 5 faiz səs toplamalıdırlar.
Xatırladaq ki, bu gün Qazaxıstanda ölkənin yeni birpalatalı parlamenti - Qurultayın deputatlarının ilk seçkiləri keçirilib.

Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

Dünya 2026-08-23 23:43:00