


Belarus və Şimali Koreya arasında vizasız rejim tətbiq olunacaq
Bakı, 23 avqust, AZƏRTAC
Belarus və Şimali Koreya (KXDR) yaxın gələcəkdə vətəndaşları üçün vizasız səyahət haqqında saziş imzalamağa hazırlaşır.
AZƏRTAC xəbər verir ki, bu barədə Belarusun xarici işlər naziri Maksim Rıjenkov “Belarus-1” televiziya kanalına müsahibəsində məlumat verib. Nazir sənədin tam hazır olduğunu bildirib: “Saziş artıq hazırdır, yalnız bir neçə texniki detal qalıb. Biz onu çox yaxın gələcəkdə imzalayacağıq”.
Məzuniyyətini KXDR-də keçirdiyini deyən nazir istirahət zamanı həmkarı Çoy Son-hui ilə də görüşdüyünü qeyd edib. Rıjenkovun sözlərinə görə, görüşdə ikitərəfli münasibətlərin bütün spektri, Xarici İşlər nazirlikləri arasındakı gələcək əlaqələr və vizasız rejim daxil olmaqla bir sıra mühüm sazişlər müzakirə edilib.
Xatırladaq ki, cari ilin mart ayının sonunda Belarus Prezidenti Aleksandr Lukaşenko KXDR-də Belarus səfirliyinin açılması və vizasız səyahət sazişinin hazırlanması işlərinin sürətləndirilməsi barədə tapşırıq vermişdi.
Rusiyada qadağan olunmuş qida əlavələri satan 37 minə yaxın sayt bloklanıb
Kral III Çarlz dünyanın ən uzun sahil yolunun açılışını edib
Media: Tramp sentyabrda İrlandiyaya səfər edəcək
Ukrayna və Finlandiya birgə dron istehsalına başlayır
Qvineyada torpaq sürüşməsi nəticəsində 30-dan çox insan həlak olub