×
A
A
A
Sazlamalar

Səfir: Axıska türklərinə həsr olunmuş sərgi Azərbaycan və Türkiyənin bu məsələyə həssas münasibətini göstərir

Bakı, 21 avqust AZƏRTAC

Axıska türkləri Türk dünyasının ayrılmaz hissəsi və onların qardaşlarıdır. Axıska türklərinin yaşadığı faciənin və sürgün tarixinin Bakıda nümayiş etdirilməsi Azərbaycan və Türkiyənin bu məsələyə həssas münasibətinin göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Azərbaycan Tarixi Muzeyində keçirilən “Axıska türkləri – itmiş sürgünün izində” sərgisi çərçivəsində jurnalistlərə müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün söyləyib.
Səfir bildirib ki, sərginin Bakıda keçirilməsi Türk dünyasında ortaq tarixi yaddaşa və qardaş xalqlara sahib çıxmaq anlayışının daha bir nümunəsidir.
Birol Akgün Azərbaycan-Türkiyə münasibətlərində bu cür təşəbbüslərin xüsusi əhəmiyyət daşıdığını söyləyib və bu sahədəki həmrəylikdən qürur duyduğunu vurğulayıb.

Müxbir - Tünzalə Arazlı
Fotoqraf - Xanlar Əlizadə

Elm və təhsil 2026-08-21 18:42:00