


Qazaxıstanda rəqəmsal dövlət resurslarına giriş müvəqqəti mümkün olmayıb
Astana, 21 avqust, AZƏRTAC
Qazaxıstanda “eGov” elektron hökumət portalı və bir sıra digər rəqəmsal dövlət resurslarına müvəqqəti olaraq giriş mümkün olmayıb.
AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, buna səbəb xarici internet trafikinin yüksək aktivliyi olub. Bu səbəbdən milli rəqəmsal infrastrukturun mühafizəsi mexanizmləri işə düşüb.
“Milli İnformasiya Texnologiyaları” QSC-dən bildirilib ki, trafik bərpa olunub və resurslara giriş artıq normal rejimdə həyata keçirilir. Mütəxəssislər vəziyyəti monitorinq etməkdə, həmçinin rəqəmsal xidmətlərə sabit çıxışın təmin olunması istiqamətində işlərini davam etdirirlər.
Tokayev qarşıdan gələn Qurultay seçkilərini tarixi hadisə adlandırıb
Qazaxıstanda rəqəmsal dövlət resurslarına giriş müvəqqəti mümkün olmayıb
Qış mövsümü Avropada təbii qazın qiymətlərinin artması müşayiət olunacaq
Gürcüstanın dəniz limanları ikinci rübdə 4700 sərnişinə xidmət göstərib