


“Qarabağ” Niderlandda "Tvente"ni minimal hesabla məğlub edib YENİLƏNİB -2
Bakı, 20 avqust, AZƏRTAC
UEFA Konfrans Liqasında Niderlandda üz-üzə gələn "Tvente" və “Qarabağ” komandaları arasında pley-off mərhələsinin ilk oyunu başa çatıb.
AZƏRTAC xəbər verir ki, Ensxede şəhərindəki “Qrols Veste” stadionunda keçirilən matç Ağdam təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:0. Yeganə qolu 52-ci dəqiqədə Kadi Borges vurub.
Komandalar arasında cavab görüşü isə avqustun 27-də Bakıda təşkil olunacaq.
23:05
UEFA Konfrans Liqasında Niderlandda üz-üzə gələn "Tvente" və “Qarabağ” komandaları arasında pley-off mərhələsinin ilk oyununun ikinci hissəsi başlayıb.
AZƏRTAC xəbər verir ki, Ensxede şəhərindəki “Qrols Veste” stadionunda keçirilən matçın ilk yarısında hesab açılmayıb - 0:0.
Görüşü albaniyalı baş hakimi Yucin Caya idarə edir.
Komandalar arasında cavab görüşü isə avqustun 27-də Bakıda təşkil olunacaq.
22:05
UEFA Konfrans Liqasında Niderlandda "Tvente" və “Qarabağ” komandaları arasında pley-off mərhələsinin ilk oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, Ensxede şəhərindəki “Qrols Veste” stadionunda keçirilən matç Bakı vaxtı ilə saat 22:00-da start götürüb.
Görüşü albaniyalı baş hakim Yucin Caya idarə edir.
Komandalar arasında cavab oyunu isə avqustun 27-də Bakıda təşkil olunacaq.
“Qarabağ” Niderlandda "Tvente"ni minimal hesabla məğlub edib YENİLƏNİB -2
Mahir Emreli “Rakuv”da 3-cü qolunu vurub
"Tvente" və “Qarabağ”ın start heyətləri açıqlanıb
Azərbaycanın iki qadın güləşçisi dünya çempionatının finalında
Azərbaycan voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb