


Azərbaycan voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Bakı, 20 avqust, AZƏRTAC
Azərbaycanın da ev sahibi olduğu qadın voleybolçular arasında Avropa çempionatında iştirak edəcək milli komandamızın yekun heyəti bəlli olub.
Voleybol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, C qrupunda mübarizə aparacaq yığmaya 14 voleybolçu dəvət edilib. Komandanın kapitanı Ayşən Abduləzimovadır.
Hücumçular: Polina Rəhimova, Yelizaveta Ruban, Marqarita Stepanenko, Kseniya Pavlenko, Nərminə Musayeva, Ülkər Kərimova;
Blokçular: Ayşən Abduləzimova, Mariya Kirilyuk, Aynur İmanova;
Toppaylayıcılar: Kristina Besman, Raziyə Əliyeva;
Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva, Ceyran İmanova;
Baş məşqçi: Faiq Qarayev;
Köməkçi məşqçilər: Emin Əbilov, Ziya Rəcəbov.
Qeyd edək ki, C qrupunun oyunları 21-28 avqust tarixlərində Bakıda keçiriləcək.
“Qarabağ” Niderlandda "Tvente"ni minimal hesabla məğlub edib YENİLƏNİB -2
Mahir Emreli “Rakuv”da 3-cü qolunu vurub
"Tvente" və “Qarabağ”ın start heyətləri açıqlanıb
Azərbaycanın iki qadın güləşçisi dünya çempionatının finalında
Azərbaycan voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb