


"Tvente" və “Qarabağ”ın start heyətləri açıqlanıb
Bakı, 20 avqust, AZƏRTAC
UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Niderlandda üz-üzə gələcək "Tvente" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.
AZƏRTAC UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ensxede şəhərindəki “Qrols Veste” stadionunda Bakı vaxtı ilə saat 22:00-da start götürəcək matçda komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
"Tvente": Unnerştall, Van Roy, Nistad, Pröpper (k), Adelqard, Zeruki, Vaydman, Daan Rots, Veqhorst, Öryaseter.
Baş məşqçi: Con van den Brom.
"Qarabağ": Martin Zlomisiçliç, Mateus Silva, Bədavi Hüseynov (k), Bense Varkonyi, Bruno Lanqa, Samuel Lobato, Marko Yankoviç, Kadi Borges, Aleksey Kaşuk, Jali Muaddib, Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.
“Qarabağ” Niderlandda "Tvente"ni minimal hesabla məğlub edib YENİLƏNİB -2
Mahir Emreli “Rakuv”da 3-cü qolunu vurub
"Tvente" və “Qarabağ”ın start heyətləri açıqlanıb
Azərbaycanın iki qadın güləşçisi dünya çempionatının finalında
Azərbaycan voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb