


Azərbaycan hava nəqliyyatının coğrafiyasını genişləndirir, uçuş intensivliyini artırır
Bakı, 20 avqust, AZƏRTAC
Azərbaycanın xarici ölkələrlə birbaşa hava nəqliyyatı əlaqələrinin coğrafiyasının genişləndirilməsi və uçuş tezliyinin (intensivliyinin) artırılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu, “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Dövlət Proqramında nəqliyyat infrastrukturunun turizmin inkişafına töhfəsinin artırılması istiqamətində bir sıra tədbirlər müəyyənləşdirilib.
Bunlara Azərbaycan Respublikasının xarici ölkələrlə birbaşa hava nəqliyyatı əlaqələrinin coğrafiyasının genişləndirilməsi və uçuş tezliyinin artırılması, aviabilet qiymətlərinə əlçatanlığın yüksəldilməsi, həmçinin regionlarda yerləşən hava limanlarına yeni beynəlxalq uçuşların və aşağıbüdcəli aviaşirkətlərin cəlb olunmasının təşviq edilməsi daxildir.
Sənəddə qeyd olunur ki, bu tədbirlər hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud istiqamətlər üzrə uçuş tezliyinin artırılması, aviabilet qiymətlərinin əlçatanlığının yüksəldilməsi və regional hava limanlarının potensialından səmərəli istifadə məqsədi daşıyır.
Görüləcək tədbirlərin Azərbaycana turist axınının artırılmasına, ölkənin yeni turizm bazarları ilə hava əlaqələrinin genişləndirilməsinə və regionlarda turizmin inkişafına töhfə verməsi gözlənilir.
Azərbaycan hava nəqliyyatının coğrafiyasını genişləndirir, uçuş intensivliyini artırır
Azərbaycanda duz istehsalı 25 faizdən çox artıb
Uyğunluğun qiymətləndirilməsi sahəsində yeni dövlət standartları qəbul edilib
Neft qiymətləri son bir ayın maksimumuna yüksəlib
Azərbaycanda sahibkarların İslam maliyyəsinə marağı yüksəkdir - Ekspert rəyi