×
A
A
A
Sazlamalar

Uyğunluğun qiymətləndirilməsi sahəsində yeni dövlət standartları qəbul edilib

Bakı, 20 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO/IEC 17020:2026 “Uyğunluğun qiymətləndirilməsi. İnspeksiya həyata keçirən orqanlara dair tələblər”, eləcə də AZS ISO/IEC 17043:2026 “Uyğunluğun qiymətləndirilməsi. Səriştəlilik sınaqlarının təşkili üzrə təminatçıların səriştəliliyinə dair ümumi tələblər” yeni dövlət standartları qəbul edilib.
Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu dövlət standartlarının tətbiqi inspeksiya xidmətlərinin və səriştəlilik sınaqlarının təşkili proseslərinin beynəlxalq tələblərə uyğun həyata keçirilməsinə imkan yaradacaq, uyğunluğun qiymətləndirilməsi nəticələrinin etibarlılığı və obyektivliyinin artırılmasına töhfə verəcək.
Sözügedən dövlət standartı layihələri AZSTAND-ın nəzdində təsis edilən “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 08) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

İqtisadiyyat 2026-08-20 17:00:00