×
A
A
A
Sazlamalar

Naxçıvanda meyvə şirəsi istehsalı 82 faizə yaxın artıb

Naxçıvan, 20 avqust, AZƏRTAC

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 136,6 min dekalitr meyvə şirəsi istehsal olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 81,9 faiz çoxdur.

Müxbir - Nail Əsgərov

Regionlar 2026-08-20 16:38:00