


Naxçıvanda kartof istehsalı 2,3 dəfə, tərəvəz istehsalı 2,7 faiz artıb
Naxçıvan, 20 avqust, AZƏRTAC
Bu il avqustun 1-dək muxtar respublikada 45778,1 ton dənli və dənli paxlalılar (qarğıdalısız), 24911,9 ton kartof, 15332,9 ton tərəvəz, 2957,4 ton bostan məhsulları, 24006,9 ton meyvə və giləmeyvə və 16,1 ton tütün yığılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dənli və dənli paxlalılar istehsalı (qarğıdalısız) 21,6 faiz, kartof istehsalı 2,3 dəfə, tərəvəz istehsalı 2,7 faiz, bostan məhsulları istehsalı 71,1 faiz, meyvə və giləmeyvə istehsalı 2,8 faiz, tütün istehsalı isə 6,7 dəfə artıb.
Müxbir - Nail Əsgərov
Naxçıvanda meyvə şirəsi istehsalı 82 faizə yaxın artıb
Meyvə ağaclarına avqust-sentyabr aylarında necə qulluq edilməlidir?
Naxçıvanda kartof istehsalı 2,3 dəfə, tərəvəz istehsalı 2,7 faiz artıb
Fermerin 145 manatlıq sığortası 6156 manatlıq zərərini qarşıladı
İki əsrin yadigarı, Qafqazın ən hündür minarəsi - REPORTAJ VİDEO