


Beşinci ixtisas qrupu üzrə 4 735 plan yeri ayrılıb
Bakı, 20 avqust, AZƏRTAC
2026/2027-ci tədris ili üçün V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul planı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbul planına əsasən, V ixtisas qrupu üzrə Azərbaycan bölməsinə 1 471, rus bölməsinə 115, hər iki bölmənin birgə müsabiqəsi üzrə 3 149 yer olmaqla, ümumilikdə 4 735 plan yeri ayrılıb. Dövlət sifarişi əsasında ayrılan plan yerlərinin sayı isə 1 543-dür.
Qeyd olunub ki, V ixtisas qrupu üzrə xüsusi qabiliyyət imtahanı tələb olunan ixtisaslar arasında ən çox plan yeri ümumi fiziki hazırlıq (585 yer), dizayn (460 yer), fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (455 yer), instrumental ifaçılıq (302 yer) və təsviri incəsənət müəllimliyi (285 yer) ixtisaslarına ayrılıb.
UNEC-in Dərbənd filialına bakalavr təhsili üzrə sənəd qəbulu elan edilir
Habldan 100 dəfə güclü kosmik teleskop hazırlanıb
Beşinci qrupda müsabiqə necə aparılır? – DİM-dən açıqlama
BMU tələbəsi və mentorunun layihəsi beynəlxalq innovasiya festivalında gümüş medala layiq görülüb
V qrupda qabiliyyət imtahanı tələb olunmayan ixtisaslar üzrə qəbul planı açıqlanıb