


UNEC-in Dərbənd filialına bakalavr təhsili üzrə sənəd qəbulu elan edilir
Bakı, 20 avqust, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialı 2026/2027-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə abituriyent qəbulu elan edir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, filialda maliyyə və kredit, mühasibat uçotu, təhlil və audit və ümumi iqtisadiyyat ixtisasları üzrə əyani və qiyabi təhsil formaları həyata keçirilir.
Təhsil ödənişli (müqavilə əsasında) təşkil olunur. Təhsil müddəti 4 il 6 ay təşkil edir. Rusiya Federasiyasının vətəndaşları qəbul qaydalarına uyğun olaraq Rusiya Federasiyasının qüvvədə olan qanunvericiliyinə əsasən qəbul edilirlər. Rusiya Federasiyası vətəndaşları qüvvədə olan qanunvericiliyə uyğun, xarici ölkə vətəndaşları isə riyaziyyat və coğrafiya üzrə test, Azərbaycan və rus dilləri üzrə imla imtahanı əsasında qəbul edilirlər. Əyani-qiyabi təhsil forması üzrə sənəd qəbulu sentyabrın 25-dək aparılacaq.
Müsabiqədə iştirak etmək istəyən şəxslər Dərbənd filialının qəbul komissiyasına qəbul üçün müəyyən olunmuş ərizə, şəxsiyyəti və vətəndaşlığı təsdiq edən sənədin rus dilinə tərcümə edilmiş, notariat qaydasında təsdiq olunmuş surəti, təhsil haqqında sənədin əsli və rus dilinə tərcümə edilmiş, notariat qaydasında təsdiq olunmuş surəti, 3×4 sm ölçüdə 6 ədəd fotoşəki, rus dilində tərtib edilmiş tibbi arayış (Forma 086-U) sənədlərini təqdim etməlidirlər. Qəbul komissiyası həftənin beş günü saat 09:00–18:00, şənbə günü isə 09:00–16:00 aralığında fəaliyyət göstərir. Sənədləri [email protected] elektron poçt ünvanına da göndərmək mümkündür. Qəbul prosesi ilə bağlı ətraflı məlumatı www.ageu-derbent.ru rəsmi internet saytından, 8 (724) 04-52-86/87, 012 492 59 03 (daxili: 1190), +7 967 582 01 73 (WhatsApp) telefon nömrələrindən və [email protected] ünvanından əldə etmək olar.
Turizm üzrə peşə təhsilində yeni model tətbiq ediləcək
Turizm təhsilində ikili diplom və ikili peşə təhsili imkanları genişləndiriləcək
UNEC-in Dərbənd filialına bakalavr təhsili üzrə sənəd qəbulu elan edilir