


“Qalatasaray” rusiyalı futbolçunun transferini açıqlayıb
Bakı, 20 avqust, AZƏRTAC
Türkiyənin “Qalatasaray” klubu Rusiya millisinin və “Lokomotiv”in futbolçusu Aleksey Batrakovun transferini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Yarımmüdafiəçi tibbi müayinədən keçmək üçün İstanbula yollanıb. Sağlamlıq testindən sonra 21 yaşlı oyunçu ilə müqavilə imzalanacaq.
İddiaya görə, Batrakovun transfer məbləği 25 milyon avro təşkil edəcək. Daha 4 milyon avro isə bonuslar şəklində nəzərdə tutulub. Futbolçunun “Qalatasaray”la 4 illik müqavilə imzalayacağı bildirilir.
Qeyd edək ki, Aleksey Batrakov Moskva “Lokomotiv”inin akademiyasının yetirməsidir. O, əsas komandada 84 oyuna çıxıb, 34 qol vurub və 23 məhsuldar ötürmə edib.
Pəhləvan güləşi Etnosport 2027 Oyunlarının proqramına daxil edilib
Bakıda qazax güləşi üzrə dünya çempionatına 24 ölkədən 200-ə yaxın idmançı qatılacaq
“Qalatasaray” rusiyalı futbolçunun transferini açıqlayıb
49 min müraciət, 2 min könüllü – Formula 1 Azərbaycan Qran-Prisinin yubiley yarışına hazırlıq VİDEO