


“Sabah”ın legioneri Azərbaycan futbolunun tarixinə düşüb
Bakı, 20 avqust, AZƏRTAC
“Sabah” klubunun serbiyalı futbolçusu Velko Simiç UEFA Çempionlar Liqasında ardıcıl 5-ci oyunda qol vurub.
AZƏRTAC xəbər verir ki, o, pley-off mərhələsinin “Hapoel” (Beer-Şeva, İsrail) ilə səfərdəki ilk oyununda (1:2) fərqlənib.
Yarımmüdafiəçi bunadək II təsnifat mərhələsinin “KuPS” (Finlandiya) ilə hər iki matçında (1:0, 2:0), ardınca isə III təsnifat mərhələsinin “Orxus” (Danimarka) ilə görüşlərində (1:2, 4:0) də rəqib qapısına yol tapmışdı.
Simiç bununla da Azərbaycan futbolu tarixinə klublarımızın heyətində Çempionlar Liqasında ardıcıl 5 matçda qol sevinci yaşayan ilk oyunçu kimi düşüb. Bunadək şərikli rekord “Qarabağ”ın hücumçularına məxsus idi. Redon Cica 2023/2024, Juninyo 2024/2025-ci illər mövsümündə ardıcıl 4 qarşılaşmada azarkeşləri sevindirib. Cica I və II təsnifat mərhələlərində 4 oyunda 5, Juninyo II və III təsnifat mərhələlərindəki 4 görüşdə 6 qol vurub.
Qeyd edək ki, Velko Simiç imza atdığı rekord seriyanı növbəti qarşılaşmalarda uzada da bilər.
Bakıda qazax güləşi üzrə dünya çempionatına 24 ölkədən 200-ə yaxın idmançı qatılacaq
“Qalatasaray” rusiyalı futbolçunun transferini açıqlayıb
49 min müraciət, 2 min könüllü – Formula 1 Azərbaycan Qran-Prisinin yubiley yarışına hazırlıq VİDEO
“Sabah”ın legioneri Azərbaycan futbolunun tarixinə düşüb
İntizam Komitəsi “Sumqayıt”ın futbolçusuna 5 oyunluq cəza verib