


İntizam Komitəsi “Sumqayıt”ın futbolçusuna 5 oyunluq cəza verib
Bakı, 20 avqust, AZƏRTAC
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının I turu ilə bağlı qərarlarını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, “Sumqayıt” – “Neftçi” qarşılaşmasının 74-cü dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan ev sahibi komandanın futbolçusu Səbuhi Abdullazadə 5 oyunluq cəzalandırılıb. Bununla yanaşı, klub 3000 manat məbləğində cərimə edilib.
Həmin oyunda “Neftçi”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün Bakı təmsilçisi 700 manat cərimələnib.
“Qarabağ” – “Şamaxı” matçında isə qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırılıb. Bu səbəbdən “Şamaxı” klubu 700 manat məbləğində cərimə edilib.
Bakıda qazax güləşi üzrə dünya çempionatına 24 ölkədən 200-ə yaxın idmançı qatılacaq
“Qalatasaray” rusiyalı futbolçunun transferini açıqlayıb
49 min müraciət, 2 min könüllü – Formula 1 Azərbaycan Qran-Prisinin yubiley yarışına hazırlıq VİDEO
“Sabah”ın legioneri Azərbaycan futbolunun tarixinə düşüb
İntizam Komitəsi “Sumqayıt”ın futbolçusuna 5 oyunluq cəza verib