×
A
A
A
Sazlamalar

Pəhləvan güləşi Etnosport 2027 Oyunlarının proqramına daxil edilib

Bakı, 20 avqust, AZƏRTAC
Pəhləvan güləşi Etnosport 2027 Oyunlarının proqramına daxil edilib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli İdman Növləri Assosiasiyasının (AMİNA) prezidenti Kazım Qurbanov Bakıda keçiriləcək qazax güləşi üzrə dünya çempionatına həsr olunan mətbuat konfransında deyib.
O bildirib ki, bu qərar milli idman növlərinin beynəlxalq səviyyədə təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

 

İdman 2026-08-20 15:12:00