


Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 2725 ton buğda göndərilib VİDEO
Bakı, 20 avqust AZƏRTAC
Avqustun 20-də Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, 39 vaqondan ibarət, çəkisi 2725 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
İndiyədək Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 44 min tondan çox taxıl, 9 min tonadək gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta göndərilib.
Eyni zamanda, bu günə kimi Azərbaycandan Ermənistana 15 min tonadək dizel yanacağı, 5 min tonadək Aİ-92 və Aİ-95 benzini ixrac olunub.
Gürcüstan Azərbaycandan yanacaq idxalını kəskin artırıb
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 2725 ton buğda göndərilib VİDEO
Aparat rəhbəri: “Güzəştli mənzil” sistemində mütəmadi olaraq təhlükəsizlik işləri aparılır VİDEO
AZAL-ın təyyarələrində POS-terminalla ödəniş etmək mümkün olacaq