×
A
A
A
Sazlamalar

Aparat rəhbəri: “Güzəştli mənzil” sistemində mütəmadi olaraq təhlükəsizlik işləri aparılır VİDEO

Bakı, 20 avqust, AZƏRTAC

“Güzəştli mənzil” sistemində mütəmadi olaraq təhlükəsizlik işləri aparılır və sistemin təhlükəsizliyi tam qorunur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Aparat rəhbəri Cəmşid Əmirov “Güzəştli mənzil" sistemində seçim prosesi ilə əlaqədar həyata keçirilən dəyişikliklər mövzusundakı mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, bu səbəbdən kənar müdaxilənin baş verməsi mümkün deyil.
“Bakı şəhərində və digər regionlarda bizim layihələrimiz davam edir və bu layihələrdə satışa çıxarılacaq mənzillərlə bağlı müvafiq qaydaya uyğun olaraq elan yerləşdiriləcək və ictimaiyyət bununla bağlı məlumat alacaq”, - deyə o qeyd edib.

Foto - Xanlar Əlizadə
Operator - İlham Nadirov

İqtisadiyyat 2026-08-20 12:33:00

Video