


BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət daxil olub
Bakı, 19 avqust, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) ixtisas seçimlərində BDU-nu seçəcək abituriyentlər üçün yaradılan Abituriyent Məlumat Mərkəzi və xüsusi vatsap nömrəsi fəaliyyətini uğurla başa çatdırıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, avqustun 14-dən fəaliyyətə başlayan Abituriyent Məlumat Mərkəzinə 38 müraciət daxil olub, xüsusi vatsap nömrəsi vasitəsilə 574 şəxsin sorğusu cavablandırılıb.
BDU-nu seçəcək abituriyent və valideynlər altı gün ərzində Abituriyent Məlumat Mərkəzi və vatsap nömrəsi vasitəsilə ixtisas seçimləri barədə ətraflı məlumatlandırılıb. Onların universitetdə tədris olunan ixtisaslar, qəbul qaydaları, qəbul göstəriciləri, plan yerləri və təhsil imkanları barədə sualları operativ cavablandırılıb.
Coğrafiya İnstitutunun əməkdaşı: Xəzər dənizi üçün əsas təhlükə suyun çirklənməsidir
BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət daxil olub
Tarixi yaddaş və gündəlik həyat: keçmişi öyrənməyə hansı mənbələr kömək edir?
Bir əsrlik elm xəzinəsindən rəqəmsal kitabxanaya: 101 ilin uğur hekayəsi
AzTU tələbələri aqrar innovasiya “Bootcamp”ında startaplarını təqdim ediblər