


BDU-nun təşkilatçılığı ilə Qubada tələbələr, şəhid və qazi övladları üçün yay düşərgəsi təşkil olunacaq
Bakı, 19 avqust, AZƏRTAC
Avqustun 20-23-də Bakı Dövlət Universiteti (BDU), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzi, “BDU könüllüləri” təşkilatı və “Əmanət” Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsinin təşkilatçılığı ilə BDU-nun Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində tələbələr və şəhid-qazi övladları üçün “Bir yay, min xatirə” adlı Yay düşərgəsi təşkil olunacaq.
Universitetdən AZƏRTAC-a bildirilib ki, “Şəhərsalma və Memarlıq İli”nə həsr olunacaq düşərgənin əsas məqsədi iştirakçıların asudə vaxtının səmərəli təşkili, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, həmçinin müxtəlif sosial və mədəni fəaliyyətlərdə iştiraklarının təmin olunmasıdır.
Düşərgə çərçivəsində iştirakçılar üçün təlim və məlumatlandırıcı sessiyaların, mədəni tədbirlərin keçirilməsi, eləcə də asudə vaxtın səmərəli təşkili məqsədilə müxtəlif əyləncəli oyunların təşkil edilməsi nəzərdə tutulur.
AzTU tələbələri aqrar innovasiya “Bootcamp”ında startaplarını təqdim ediblər
Ülvi Kərimov: Xaricdə təhsil gələcək karyeram üçün möhkəm təməl yaradacaq
Dördüncü ixtisas qrupunda 1036 abituriyent 500-600 arası bal toplayıb