


Dördüncü ixtisas qrupunda 1036 abituriyent 500-600 arası bal toplayıb
Bakı, 19 avqust, AZƏRTAC
Ali təhsil müəssisələrinə qəbul imtahanında IV ixtisas qrupu üzrə 1036 nəfər 500-600 arasında bal toplayıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 2026/2027-ci tədris ili üçün IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul planına əsasən Azərbaycan bölməsinə 3733, rus bölməsinə 335, hər iki bölmənin birgə müsabiqəsi üzrə 980 yer olmaqla, ümumilikdə 5048 plan yeri ayrılıb. Dövlət sifarişi əsasında ayrılan plan yerlərinin sayı isə 3551-dir.
Qeyd edək ki, imtahan nəticələrinə əsasən IV ixtisas qrupu üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 4 min 582, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 5 min 419 abituriyent qəbul müsabiqəsində iştirak hüququ əldə edib.
Dördüncü ixtisas qrupunda 1036 abituriyent 500-600 arası bal toplayıb
Paytaxt məktəblərinin birinci sinfinə qəbul üçün 39 mindən çox elektron sorğu yerləşdirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun ikinci mərhələsi başlayır