×
A
A
A
Sazlamalar

“Kitab karvanı” Oğuzda

Oğuz, 18 avqust, AZƏRTAC

Oğuz rayonunda mütaliə mədəniyyətinin təbliği və gənclərin kitaba marağının artırılması məqsədilə avqustun 20-də “Kitab karvanı” layihəsi keçiriləcək.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsindən məlumat verilib.
Oğuz rayon Mədəniyyət Mərkəzinin qarşısında təşkil olunacaq tədbirdə müxtəlif mövzularda kitablar nümayiş etdiriləcək, iştirakçılar Azərbaycan klassikləri, uşaq ədəbiyyatı, tarix, detektiv və müasir ədəbiyyat nümunələri ilə tanış olacaqlar.
Tədbirə kitabsevərlər, gənclər, yeniyetmələr və rayon sakinləri dəvət olunur.

Müxbir - Rasim İslamoğlu

Regionlar 2026-08-18 17:08:00