


Qusarda maşının vurduğu dörd yaşlı uşaq ölüb
Qusar, 18 avqust, AZƏRTAC
Qusarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Bədirqala kəndində qeydə alınıb. Bakıdan anası ilə birlikdə kəndə qonaq gələn 4 yaşlı Əliyev Yaqub Samət oğlu avtobusdan düşüb yolu keçmək istəyərkən “QazEl” markalı avtomobilin qarşısına çıxıb. Qəza zamanı ağır xəsarətlər alan yaralı Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Müxbir - Elxan Yusifli
Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri – Zaqatalada seminar
Bacısını qətlə yetirən şəxs polisə təslim olub VİDEO