


İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşların müraciətlərini dinləyəcək
Bakı, 18 avqust, AZƏRTAC
Avqustun 20-də iqtisadiyyat nazirinin müavini Azər Bayramov Masallı şəhərində Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşlarla görüşəcək.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş saat 11:00-dan etibarən Masallı şəhəri, Dadva yaşayış massivi, Masallı Sənaye Məhəlləsinin inzibati binasında keçiriləcək.
Görüşə gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya “195-1” Çağrı Mərkəzinə zəng etməklə nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.
Qusarda maşının vurduğu dörd yaşlı uşaq ölüb
Baş prokuror Qubada vətəndaşların müraciətlərini dinləyib
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşların müraciətlərini dinləyəcək
Süni intellekt kənd təsərrüfatında: Qusarda innovativ layihələr təqdim olunub