×
A
A
A
Sazlamalar

Böyük Britaniyada iş vakansiyalarının sayı son beş ilin ən aşağı səviyyəsinə enib

London, 18 avqust, AZƏRTAC

Böyük Britaniyada əmək bazarında açıq vakansiyaların sayı son beş ilin ən aşağı səviyyəsinə düşüb.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, may-iyul aylarında ölkədə vakansiyaların sayı əvvəlki üç aylıq dövrlə müqayisədə 6 min azalaraq 707 minə enib.
Pandemiya dövrü istisna olmaqla, bu, 2014-cü ildən bəri qeydə alınan ən aşağı göstəricidir. Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, ölkədə ümumi işsizlik səviyyəsi 4,9 faiz olaraq sabit qalsa da, özəl sektorda əməkhaqqı artımı da son illərin ən aşağı səviyyələrindən birinə enib.
Statistika qurumu bildirib ki, aparılan sorğunun nəticələrinə əsasən, xüsusilə kiçik müəssisələr artan əmək xərcləri və digər biznes məsrəfləri səbəbindən yeni işçilər işə götürməkdən çəkinə bilər.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2026-08-18 14:54:00