


Bal ayına gedən britaniyalı cütlük Yunanıstanda helikopter qəzasında həlak olub
London, 18 avqust, AZƏRTAC
Yunanıstanda bal ayında olan britaniyalı cütlük helikopterin qəzaya uğraması nəticəsində həyatını itirib.
AZƏRTAC “The Times” qəzetinə istinadla xəbər verir ki, polis cütlüyün Sifnos adasına getdiyini və helikopterin təyinat yerinə çatmasına bir neçə dəqiqə qalmış qəzaya uğradığını bildirib.
Afinada polis rəsmisinin verdiyi məlumata görə, qəza helikopterin yerli vaxtla saat 18:15-də planlaşdırılan enişindən cəmi bir neçə dəqiqə əvvəl baş verib. Təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərdə helikopterin idarəetməni itirərək havada fırlandığı, daha sonra yerə çırpıldığı və alovlandığı görünür.
Qeyd edək ki, hadisə nəticəsində helikopterin pilotu da həyatını itirib.
Böyük Britaniyada iş vakansiyalarının sayı son beş ilin ən aşağı səviyyəsinə enib
Almaniya Silahlı Qüvvələrində 186 min 700 kişi və qadın xidmət edir
Bal ayına gedən britaniyalı cütlük Yunanıstanda helikopter qəzasında həlak olub
İngiltərədə əlilliyi olan şəxslər üçün avtobuslarda 24 saat pulsuz gediş tətbiq ediləcək
Türk dünyasının arxeoloqları Macarıstanda ortaq rəqəmsal irs bazası yaradacaqlar