×
A
A
A
Sazlamalar

Rumıniyalı futbolçu: "Neftçi"yə keçidimlə bağlı danışıqlar son mərhələdədir

Bakı, 18 avqust, AZƏRTAC
Rumıniyanın "Botoşani" komandasının futbolçusu Sebastyan Maylat “Neftçi”yə keçə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə 28 yaşlı hücumameyilli yarımmüdafiəçi Rumıniya çempionatının FKSB ilə V tur oyunundan sonra yerli mətbuata açıqlamasında deyib.
Rumıniyalı vinger bildirib ki, artıq klublar arasında danışıqlar son mərhələdədir: “Şübhəsiz ki, bu, irəliyə doğru bir addımdır. Ötən mövsüm yaxşı çıxış etdiyim üçün gözləntilərim var idi və daha yaxşı səviyyəyə keçmək istəyirdim. Arzum daha güclü çempionatlarda oynamaqdır. Əlimdən gələn hər şeyi etməyə və futboldan zövq almağa çalışacağam. Klublar demək olar ki, razılığa gəliblər, son qərarı mən verəcəyəm”.
İddiaya görə, “Neftçi” bu keçid üçün qarşı tərəfə 400 min avro təzminat ödəyəcək.

İdman 2026-08-18 14:12:00