


“Borussiya Dortmund” niderlandlı futbolçunu heyətinə qatıb
Bakı, 18 avqust, AZƏRTAC
Almaniyanın “Borussiya Dortmund” klubu Niderlandın PSV komandasının futbolçusu Coui Vermanın transferini elan edib.
AZƏRTAC Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, Niderland millisinin yarımmüdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. PSV bu transferdən 22 milyon avro gəlir əldə edəcək.
Qeyd edək ki, Coui Verman Niderland çempionatının 2025/2026-cı illər mövsümündə 30 oyunda 8 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Belçikadakı meşə yanğınının təsiri Kölnə qədər yayılıb
Azərbaycan klubu 4 legioner voleybolçu transfer edib
Rumıniyalı futbolçu: "Neftçi"yə keçidimlə bağlı danışıqlar son mərhələdədir
“Borussiya Dortmund” niderlandlı futbolçunu heyətinə qatıb
Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib