


Kolumbiyada mədəndə partlayış nəticəsində 6 nəfər həlak olub
Bakı, 15 avqust, AZƏRTAC
Kolumbiyanın Kundinamarka departamentində mədəndə baş verən partlayışı nəticəsində 6 nəfər həlak olub, 1 nəfər isə xilas edilib.
AZƏRTAC xəbər verir ki, “Blu Radio"nun regional qubernator Xorxe Emilio Reyə istinadla yaydığı məlumata görə, xilasedicilər Kukunuba bələdiyyəsinin La Ramada ərazisindəki mədəndən 6 nəfərin cəsədini çıxarıblar. Hadisədən əvvəl əraziyə baxış keçirən müfəttişlərin təhlükəsizlik pozuntuları aşkar etdiyi və mədəndəki fəaliyyəti rəsmən dayandırdığı bildirilir. Hazırda mütəxəssislər partlayışın dəqiq səbəblərini öyrənməklə yanaşı, rəsmi qadağaya baxmayaraq, mədəndə işlərin niyə davam etdirildiyini araşdırırlar.
Media: NATO-nun müdafiə planındakı uğursuzluq Ukraynaya çətinlik yaradır
Pekindən Mançesterə uçan təyyarə Krasnoyarskda təcili eniş edib
Kolumbiyada mədəndə partlayış nəticəsində 6 nəfər həlak olub