×
A
A
A
Sazlamalar

Rusiya-Şimali Koreya sərhədində körpü tikintisi başa çatır

Bakı, 15 avqust, AZƏRTAC

Rusiya ilə Şimali Koreya (KXDR) arasında Tumannaya çayı üzərindən salınan yeni avtomobil körpüsünün tikintisi son mərhələdədir.
AZƏRTAC xəbər verir ki, Rusiyanın təbii sərvətlər və ekologiya naziri Aleksandr Kozlov körpüdə tammiqyaslı nəqliyyat hərəkətinin tezliklə başlayacağını bəyan edib. Nazir bu barədə KXDR səfirliyinin Şimali Koreyanın Yaponiya işğalından azad edilməsinin 81-ci ildönümü münasibətilə təşkil etdiyi təntənəli qəbulda məlumat verib. O, bu layihənin başa çatmasını ilin ən əlamətdar hadisələrindən biri adlandırıb.

Dünya 2026-08-15 05:39:00