


Tramp: İranı məhv etmək istəmirik, amma hər şeyə qadirik
Bakı, 15 avqust, AZƏRTAC
ABŞ İranı məhv etmək niyyətində deyil, lakin İslam Respublikası hücumlara başlayarsa, Vaşinqton buna yüz dəfə daha güclü cavab verəcək.
AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp noyabrda keçiriləcək ara seçkilər ərəfəsində Tehranın Yaxın Şərqdə daha aqressivləşə biləcəyi iddialarına bu cür reaksiya verib. "Fox News" telekanalına müsahibə verən Ağ Ev rəhbəri bildirib: "Biz hər şeyi məhv etməyə qadirik, lakin bunu etmək istəmirik. Əgər onlar zərbə endirsələr, cavabımız yüz dəfə daha güclü olacaq".
Media: NATO-nun müdafiə planındakı uğursuzluq Ukraynaya çətinlik yaradır
Pekindən Mançesterə uçan təyyarə Krasnoyarskda təcili eniş edib
Kolumbiyada mədəndə partlayış nəticəsində 6 nəfər həlak olub