×
A
A
A
Sazlamalar

Texasdakı qəzadan sonra ABŞ-də “Apache” helikopterlərinin uçuşları dayandırılıb

Bakı, 15 avqust, AZƏRTAC

ABŞ Ordusu Texasda baş verən faciəvi qəzadan sonra "AH-64 Apache" tipli helikopterlərin təlim uçuşlarını müvəqqəti olaraq dayandırıb.
AZƏRTAC xəbər verir ki, ordunun rəsmi bəyanatına əsasən, komandanlıq qəzanın dəqiq səbəbləri tam müəyyənləşənə qədər bütün "AH-64 Apache" helikopterlərinin uçuşlarının dayandırılması barədə göstəriş verib.
Xatırladaq ki, avqustun 12-də Texasın mərkəzi hissəsində "Apache" helikopterinin qəzaya uğraması nəticəsində göyərtədə olan hər iki heyət üzvü həyatını itirib.

Dünya 2026-08-15 03:07:00