


Rəsədxana: Avqustun 11-12-də zəif geomaqnit qasırğası gözlənilir
Bakı, 10 avqust, AZƏRTAC
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, Günəşin fəallığı zəifləyib. Günəşin səthində 4 ləkə qrupunda 41 ləkə və tac dəlikləri müşahidə olunur.
Günəş küləyinin maksimal sürəti saniyədə 464 kilometrədək artıb. Hazırda Günəş küləyinin sürəti saniyədə 404 kilometrdir.
Avqustun 10-dan 16-dək C sinif alışmanın baş verməsi ehtimalı 25 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 1 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1 faiz təşkil edir.
Gözlənilən tac kütlə atılmaları və tac dəliyi axınlarının təsiri ilə avqustun 11-12-də zəif geomaqnit qasırğası (G1) gözlənilir. Əgər axınlar eyni vaxtda birləşib çatarsa, qasırğanın G2 səviyyəsinədək yüksəlməsi istisna olunmur.
BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə kadr hazırlığı aparılır
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılır
HTP çərçivəsində Çində təhsil alacaq tələbə: Azərbaycana mütəxəssis kimi qayıtmağı planlaşdırıram
Rəsədxana: Avqustun 11-12-də zəif geomaqnit qasırğası gözlənilir