×
A
A
A
Sazlamalar

Subbakalavrlar üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub

Bakı, 10 avqust, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) orta ixtisas təhsili pilləsi üzrə “Subbakalavr” peşə-ixtisas dərəcəsi almış və ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq istəyən şəxslər üçün “Abituriyent” jurnalının xüsusi buraxılışını nəşr edib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, xüsusi buraxılışda “2026/2027-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul üzrə subbakalavrların ixtisas seçimi elanı”, “Subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli”, eləcə də abituriyentlər üçün digər faydalı məlumatlar yer alıb.
Jurnalı DİM-in əsas inzibati binasından, “Abituriyent” satış məntəqəsindən və kitab mağazalarından əldə etmək mümkündür. Nəşri, həmçinin abiturient.az saytı və “Wolt” tətbiqi vasitəsilə sifariş etmək olar.
Jurnalın elektron (PDF) versiyası isə abiturient.az saytında istifadəçilərin ixtiyarına verilib.

Elm və təhsil 2026-08-10 13:16:00