


Yüksək balla AzTU-ya qəbul olunanlar üçün xüsusi təqaüd imkanı
Bakı, 10 avqust, AZƏRTAC
Azərbaycan Texniki Universiteti (AzTU) yüksək balla qəbul olunan abituriyentlər üçün müxtəlif imkanlar təqdim edir. Bu cür imkanlardan biri də xüsusi təqaüddür.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, 600 və daha yüksək bal toplayan, eləcə də respublika fənn olimpiadalarının qalibi olaraq imtahansız qəbul edilən bütün abituriyentlərə 4 il müddətində aylıq 200 manat məbləğində xüsusi təqaüd veriləcək.
Eyni zamanda, hər fakültə üzrə 500 baldan yüksək nəticə göstərən bir tələbəyə də 4 il müddətində aylıq 100 manat məbləğində xüsusi təqaüd veriləcək.
Qeyd edək ki, sözügedən xüsusi təqaüdlər dövlət tərəfindən verilən təqaüddən əlavə ödəniləcək.
BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə kadr hazırlığı aparılır
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılır
HTP çərçivəsində Çində təhsil alacaq tələbə: Azərbaycana mütəxəssis kimi qayıtmağı planlaşdırıram
Rəsədxana: Avqustun 11-12-də zəif geomaqnit qasırğası gözlənilir