


Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub
Bakı, 9 avqust, AZƏRTAC
Türkiyənin Qaziantep şəhərində 4,5 bal gücündə zəlzələ qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakətlərin İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.
Nurdağı rayonunda baş verən zəlzələnin episentri 80 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Qazianteplə yanaşı, Kilis, Kahramanmaraş, Osmaniyə ve Hatayda da hiss edilib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub
Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər
Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb
Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb
Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb