


Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb
Bakı, 9 avqust, AZƏRTAC
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayətinə dronlarla hücum edib.
AZƏRTAC xəbər verir ki, bu barədə vilayətin qubernatoru vəzifəsini icra edən Aleksandr Şuvayev "Maks" teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, zərbələr nəticəsində 13 nəfər yaralanıb, onlardan 2-si uşaqdır.
"Belqorod yenidən dronların kütləvi hücumuna məruz qalıb. Zərbələr nəticəsində ikisi uşaq olmaqla, 13 nəfərin yaralnadığı barədə məlumat daxil olub. Təcili yardım briqadası qəlpə yaraları alan 4 yaşlı uşağı regional klinik xəstəxanaya aparıb. 9 yaşlı bir oğlan və daha 3 nəfər hadisə yerində tibbi yardım alıb. 8 nəfər isə digər xəstəxanalara yerləşdirilib” – deyə Şuvayev əlavə edib.
Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub
Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər
Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb
Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb
Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb