×
A
A
A
Sazlamalar

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Bakı, 9 avqust, AZƏRTAC

Nigerin cənubunda iki sərnişin avtobusunun toqquşması nəticəsində 22 nəfər ölüb, 37 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, avtobuslardan biri yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib. Toqquşmadan sonra hər iki nəqliyyat vasitəsi təqribən 170 metr irəliləyib. Sürücülər hadisə yerində ölüblər.
Avtobusların birində 17 nigerli hərbçi olub.

Dünya 2026-08-09 04:33:00