


Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
İstanbul, 7 avqust, AZƏRTAC
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Yunanıstanın avqustun 7-də Egey dənizini də əhatə edən Turizm üzrə Xüsusi Məkan Çərçivəsini elan etməsinə münasibət bildirib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı nazirliyin sözçüsü Öncü Keçeli açıqlama yayıb. Mətndə qeyd olunub ki, beynəlxalq müqavilələrlə Yunanıstana verilməmiş coğrafi formasiyalar da daxil olmaqla, sözügedən sənəd Türkiyə ilə Yunanıstan arasında bir-biri ilə bağlı Egey problemləri kontekstində Türkiyə üçün heç bir hüquqi nəticə doğurmur. Ətraf mühitin qorunması kimi ümumbəşəri dəyərlərin siyasi məqsədlər naminə alətə çevrilməsi istiqamətində cəhdlər nəticəsizdir və bu, Türkiyənin mövcud hüquqi mövqeyinə heç bir təsir göstərməyəcək.
Bildirilib ki, Egey və Aralıq kimi qapalı və ya yarımqapalı dənizlərdə birtərəfli addımlardan çəkinmək lazımdır. Beynəlxalq dəniz hüququ bu sularda sahilyanı dövlətlər arasında, o cümlədən ətraf mühit məsələləri üzrə əməkdaşlığı təşviq edir.
Türkiyə Egey dənizinin iki sahilyanı dövlətindən biri kimi Yunanıstanla əməkdaşlığa hər zaman hazır olduğunu bir daha bəyan edib. Qeyd olunub ki, Türkiyə 2023-cü il dekabrın 7-də qəbul edilən Afina Dostluq Münasibətləri və Yaxşı Qonşuluq Bəyannaməsi çərçivəsində problemlərin beynəlxalq hüquq, ədalət və mehriban qonşuluq prinsipləri əsasında səmimi və hərtərəfli yanaşma ilə həll edilməsinə dair mövqeyini qoruyub saxlayır.
Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub
ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur
ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq
İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır