


“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
Bakı, 7 avqust, AZƏRTAC
Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov avqustun 7-də Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Quba, Xaçmaz və Qusar rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı vətəndaşların müraciətləri əsasən rayon bölmələrinin yeni taxılyığan kombayn və traktorlarla təmin olunması, mineral gübrə və pestisidlərlə təminat, kənd təsərrüfatı texnikasını idarə etmək hüququ verən sürücülük vəsiqələrinin əldə edilməsi və sürücülük vəsiqələri üzrə kateqoriyaların dəyişdirilməsi, soyuducu anbarlar üçün subsidiyaların verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.
İdarə Heyətinin sədri Mehman Veysəlov hər bir müraciəti diqqətlə dinləyərək qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun şəkildə həlli üçün müvafiq tapşırıqlar verib. Araşdırma tələb edən məsələlər nəzarətə götürülüb. Nazirliyin fəaliyyət istiqamətinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Qəbuldan sonra Mehman Veysəlov rayonun Çinarlı kəndində fermer Yusif Nöhbalayevə məxsus ümumilikdə 5 hektar olmaqla intensiv və super intensiv meyvə bağı sahəsinə baş çəkib. Görüş zamanı aqrar sahənin inkişafına yönəlmiş dövlət dəstəyi tədbirləri və digər mövzular müzakirə olunub, fermerləri maraqlandıran suallar cavablandırıb.
“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib