×
A
A
A
Sazlamalar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” “Expressbank”ın uzunmüddətli emitent defolt reytinqini (Long-Term Issuer Default Rating – IDR) “B+”, proqnozunu isə “Sabit” (Stable Outlook) səviyyəsində təsdiqləyib. Eyni zamanda, bankın dayanıqlılıq reytinqi (Viability Rating – VR) “b+” səviyyəsində saxlanılıb.

“Fitch Ratings”in qiymətləndirməsinə əsasən, “Expressbank”ın reytinqi bankın müstəqil maliyyə dayanıqlılığını, sağlam kapital mövqeyini, yüksək aktiv keyfiyyətini və risklərin effektiv idarə olunması sahəsində formalaşdırdığı yanaşmanı əks etdirir. Agentlik xüsusilə bankın aktiv keyfiyyəti və kapitallaşma göstəricilərini reytinqin əsas üstünlükləri sırasında qiymətləndirib.
Hesabatda qeyd olunur ki, “Fitch” Azərbaycan bank sektorunun fəaliyyət mühitinə dair qiymətləndirməsini də “bb-“ səviyyəsindən “bb” səviyyəsinə yüksəldib. Agentlik bu dəyişikliyi ölkədə bank nəzarətinin gücləndirilməsi, riskəsaslı nəzarət mexanizmlərinin daha geniş tətbiqi və makroiqtisadi sabitliyin qorunması ilə əlaqələndirir. “Fitch”in gözləntilərinə görə Azərbaycanın bank sektorunda maliyyə göstəriciləri 2026–2027-ci illərdə də ümumilikdə dayanıqlı qalacaq.
“Fitch Ratings” “Expressbank”ın universal biznes modelinə malik olduğunu, əsas fəaliyyət istiqamətinin pərakəndə bankçılıq olduğunu və mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinin Bankın prioritet istiqamətləri kimi qaldığını vurğulayıb.
Hesabatda bankın yüksək kapitallaşma səviyyəsi xüsusi qeyd olunub. Belə ki, “Fitch Core Capital” (FCC) göstəricisi 2025-ci ilin sonunda 20,6 faiz təşkil edib və agentlik baza ssenarisinə əsasən bu göstəricinin yaxın illərdə də 19 faizdən yuxarı qalacağını proqnozlaşdırır. Eyni zamanda, bankın likvidlik mövqeyi adekvat qiymətləndirilib və likvid aktivlərin müştəri depozitlərinin təxminən 29 faizini əhatə etdiyi bildirilib.
“Expressbank”ın beynəlxalq kredit reytinqinin “B+” səviyyəsində, “Sabit” proqnozla təsdiqlənməsi bankın maliyyə dayanıqlılığının, etibarlı biznes modelinin və davamlı inkişaf strategiyasının beynəlxalq səviyyədə növbəti dəfə təsdiqi hesab olunur.
“Expressbank” gələcəkdə də korporativ idarəetmənin təkmilləşdirilməsi, risklərin effektiv idarə olunması və müştərilərinə innovativ maliyyə həllərinin təqdim edilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

İqtisadiyyat 2026-08-07 17:49:00