×
A
A
A
Sazlamalar

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Bakı, 7 avqust, AZƏRTAC
Cari ilin yanvar–iyul aylarında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin xidmətlərindən 6,4 milyondan çox sərnişin istifadə edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz çoxdur.
ADY-dən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə Abşeron dairəvi dəmir yolu xətti ilə 6 milyondan çox sərnişin daşınıb, bu da illik müqayisədə 16 faiz artım deməkdir. Rayonlararası marşrutlarla isə 347 minədək sərnişin səfər edib və bu istiqamətdə sərnişindaşıma 18 faiz artıb.
Təkcə iyul ayında ümumilikdə 951 mindən çox sərnişin dəmir yolu nəqliyyatından istifadə edib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 15 faiz çoxdur.
İyulda Abşeron dairəvi dəmir yolu xətti ilə 876 min sərnişin daşınıb. Bu istiqamətdə sərnişindaşıma ötən ilin iyul ayı ilə müqayisədə 12 faiz artıb. Rayonlararası marşrutlarla isə 57 min 840 sərnişin səfər edib ki, bu da illik müqayisədə 24,5 faizlik artıma uyğundur.

İqtisadiyyat 2026-08-07 17:28:00