


Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir
Bakı, 7 avqust, AZƏRTAC
Ana dili milli kimliyin, mədəni irsin və elmi təfəkkürün daşıyıcısıdır. Azərbaycan dilinin saflığının qorunması bugünkü qloballaşan dünyada təkcə dilçilik deyil, həm də milli təhlükəsizlik və mədəni davamlılıq məsələsidir. Rəqəmsal mühitdə keyfiyyətli Azərbaycandilli elmi və informasiya resurslarının artırılması, ədəbi dil normalarının təbliği və nitq mədəniyyətinin yüksəldilməsi aktual vəzifələrdəndir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktor müavini Şəhla Quliyeva “Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar” mövzusunda konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, xarici dil elementlərinin nizamsız şəkildə istifadəsi, sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması və ünsiyyət mədəniyyətində müşahidə olunan meyillər elmi yanaşma tələb edir. Bu baxımdan elm, təhsil, media və ailə institutlarının birgə fəaliyyəti Azərbaycan ədəbi dilinin qorunmasının əsas təminatıdır: "Dövlət dili yalnız hüquqi statusla deyil, həm də gündəlik istifadədə yüksək mədəniyyət nümunəsi ilə yaşayır. Dilimizi yaşatmaq üçün onu düzgün danışmaq, düzgün yazmaq və elmi əsaslarla inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcudur. Bu, həm də ictimai məsuliyyətdir, peşə etikasıdır, milli mədəniyyətin qorunmasına töhfədir".
Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb
Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir
Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar