


® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir
“PAŞA Holdinq”in korporativ sosial məsuliyyət (KSM) çərçivəsində həyata keçirdiyi “Fərqindəlik” layihəsi ölkə üzrə səhiyyə savadlılığının artırılması, profilaktik tibbi müayinələrin təşviqi və xəstəliklərin erkən mərhələdə aşkarlanmasına dəstək məqsədi daşıyır.
2025-ci ildə start verilən layihə ötən il ərzində 3 mərhələ üzrə həyata keçirilib və ölkənin 30 rayonunu əhatə edib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, “All Medical” şirkəti, yerli klinikalar və icra strukturlarının əməkdaşlığı ilə həyata keçirilən tədbirlər çərçivəsində ümumilikdə minlərlə insan müayinədən keçib.
Layihənin uğurlu nəticələri nəzərə alınaraq, 2026-cı ildə “Fərqindəlik” layihəsinin IV və V mərhələləri həyata keçirilib. Mart ayından etibarən keçirilən səyyar tibbi aksiyalar çərçivəsində 16 rayonda müayinələr təşkil olunub və layihənin coğrafiyası daha da genişləndirilib.
2026-cı ilin avqust ayınadək layihə 5 mərhələ üzrə ümumilikdə 46 rayonu əhatə edib. “Fərqindəlik” layihəsi növbəti mərhələlərdə də davam etdirilərək daha geniş ərazidə əhalinin profilaktik tibbi müayinə olunmasını və erkən diaqnostika imkanlarının genişləndirilməsini hədəfləyir. Həmçinin müayinələr zamanı ilk dəfə şəkər aşkarlananlara qlükometr (şəkər ölçən cihaz) da hədiyyə edilib.
Layihə çərçivəsində səyyar tibbi müayinələr davam etdirilir. Bu həftə növbəti aksiyaların Cəlilabad və Neftçala rayonlarında keçirilməsi nəzərdə tutulur.
İctimai sağlamlığın təşviqi “PAŞA Holdinq”in korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biridir. “Fərqindəlik” layihəsi də bu istiqamətdə həyata keçirilən uzunmüddətli təşəbbüslərdən biri kimi tibbi xidmətlərin əlçatanlığını artırmaqla yanaşı, vətəndaşlarda sağlam həyat tərzinin təşviqi, xəstəliklərin erkən aşkarlanması və profilaktik müayinələrin əhəmiyyəti barədə maarifləndirmənin gücləndirilməsinə xidmət edir.
“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib